logo

Müdafiə Nazirliyi “yolu azan” əsgərin düşmən tərəfindən vurulduğunu deyir

12:49 23-09-2019 | icon 2359
Müdafiə Nazirliyi “yolu azan” əsgərin düşmən tərəfindən vurulduğunu deyir

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

YeniAvropa xəbər verir  ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

"Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.