logo

Azərbaycanda payız fəsli başladı

11:52 23-09-2019 | icon 6580
Azərbaycanda payız fəsli başladı

Sentyabrın 23-də yerli vaxtla saat 11:50-də payız fəsli Azərbaycana daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.