logo

Sərbəst güləşçilərimiz dünya çempionatında 6 medal qazanıblar

19:45 22-09-2019 | icon 2751
Sərbəst güləşçilərimiz dünya çempionatında 6 medal qazanıblar

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.

YeniAvropa xəbər verir  ki, 97 kq çəki dərəcəsində yarışan ikiqat Avropa çempionunun rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub. İlk yarı Sadullayevin üstünlüyü ilə tamamlanıb - 3:0. İkinci hissədə də rəqibinə xal verən Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, bu gün  həmçinin, 79 kq çəki dərəcəsində təmsilçimiz Cəbrayıl Həsənov da  final görüşünə çıxıb. Pəhləvanımızın rəqibi ABŞ idmançısı Kayl Deyk olub. Gərgin keçən mübarizə amerikalı güləşçinin 4:2 hesablı qələbəsi ilə başa çatıb və idmançımız gümüş medal qazanıb.

Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurublar