logo

Zərif: Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək

16:48 22-09-2019 | icon 2800
Zərif: Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək

Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın "CBS" televiziya kanalına verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, heç bir halda İran hərbi əməliyyatlara birinci başlamayacaq. Lakin siyasi hadisələrin təhlili onu göstərir ki, proses hərbi əməliyyatları yaxınlaşdırır.

M.C.Zərif müharibənin baş verməyəcəyindən əmin olmadığını bildirib. O qeyd edib ki, vəziyyət çox gərgindir. Amma bir məsələ aydındır ki, müharibəni başlayan tərəf onu uğurla başa çatdıran tərəf olmayacaq.

Xatırladaq ki, İranın Xarici İşlər naziri M.C.Zərif BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında iştirak edir. Bu gün Prezident Həsən Ruhani də Nyu-Yorka yola düşəcək.