İran ilk dəfə olaraq Rusiya və Çinlə birgə hərbi təlimlər keçirəcək
İran İslam İnqilabından sonra İran ilk dəfə olaraq regionun iki ən böyük dövləti ilə birlikdə hərbi təlimlər keçirəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər idarəsinin rəisi Qədir Nizami məlumat verib.O bildirib ki, yaxın gələcəkdə İran Çin və Rusiya ilə birlikdə Hind okeanı və Oman dənizində birgə hərbi təlimlər keçirəcək.Onun sözlərinə görə, gələn həftə bir neçə region dövlətinin müdafiə nazirləri Tehranda görüşəcəklər. Digər qonşu dövlətlər də üçtərəfli təlimdə iştirak edə bilərlər.
Xatırladaq ki, adı çəkilən dövlətlər birgə hərbi təlim keçirmək razılığına, ABŞ-ın Yaxın Şərqdə hərbi kontingentinin sayını artırmaq qərarından sonra gəliblər. Qeyd edək ki, Səudiyyə Ərəbistanının ən böyük- “Səud Aramco” neft zavodunun partladılmasından sonra ABŞ öz müttəfiqini qorumaq üçün Yaxın Şərqdəki hərbi bazalarını möhkəmləndirmək qərarına gəlib. Bu barədə ABŞ prezidenti Donald Tramp bəyanatla çıxış edib.
Artıq bir ilə yaxındır ki, ABŞ Fars körfəzində, Hind okeanında və Oman dənizində ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə koalisiya yaratmağa cəhd edir. Dünən Birləşmiş Ərəb Əmirlikləri də bu koalisiyaya qoşulduğunu bəyat etdi. Bu günə kimi ABŞ-ın yaratdığı hərbi koalisiyaya Avstraliya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Kanada qoşulub. Digər Avropa dövlətləri və Yaponiya bu ittifaqa qoşulmaqdan imtina ediblər.
Beləliklə, aydın olur ki, ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki addımına qarşı əks addım atırlar.
Hadisələrin bu şəkildə inkişaf etməsini şərh edən ABŞ-ın və Avropanın bir sıra mətbuat orqanları müharibəyə hazırlıq işlərinin getdiyini qeyd edirlər. “Nyu-York times” yazır ki, artıq Pentaqon Prezident D.Trampa müharibə planını təqdim edib. Prezident də məhz bu plana əsaslanaraq, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını gücləndirir. İranın mövqeyi isə ondan ibarətdir ki, regionun dəniz sularında təhlükəsizliyi yalnız region dövlətləri təmin edə bilər. Uzaqdan bu regiona edilən müdaxilə isə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırar. Eyni zamanda, rəsmi Tehran onu də bəyan edib ki, İran müharibə istəmir. Lakin İrana qarşı hər hansı bir hərbi xarakterli təxribat hərəkətlərinə yol verilsə, İran ordusunun cavabı ağır olacaq.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq