logo

Qubanın kəndlərinə qar yağıb, temperatur -1°-dək aşağı düşüb

10:59 22-09-2019 | icon 2513
Qubanın kəndlərinə qar yağıb, temperatur -1°-dək aşağı düşüb

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Quba rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.Bildirilib ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü bir santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.

Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.