logo

Xəzər dənizində dalğanın hündürlüyü 6.3 metrə çatıb

21:32 21-09-2019 | icon 2352
Xəzər dənizində dalğanın hündürlüyü 6.3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 21:00-a olan məlumatına görə, şimal-qərb küləyinin sürəti arabir Bakıda 40, Maştağada və Neftçalada 38, Sumqayıtda 34, Naftalanda 32, Qum adasında 30 metr/saniyəyə çatıb.

Departamentdən  YeniAvropa-ya bildiriblər ki, küləyin sürəti Pirallahıda və Ələtdə 28, Çilovda, Bərdədə, Tərtərdə 27, Salyanda, Neft Daşlarında, Balakəndə 25, Gəncədə 24, Binədə 23, Ağdamda 22, Bayıl yamacında, Zabratda 21, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18, Yevlaxda 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.3 metrə çatıb.

Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.