logo

Sabah Bakıda yağış yağacaq, 21° isti olacaq

16:26 21-09-2019 | icon 287
Sabah Bakıda yağış yağacaq, 21° isti olacaq

Ölkə ərazisində sentyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 18-21° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-27° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.