logo

İlham Əliyev Ağsu rayonuna 2 milyon manat ayırdı

18:20 13-09-2019 | icon 2324
İlham Əliyev Ağsu rayonuna 2 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 13-də “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.