logo

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24,5 milyard manat proqnozlaşdırılır

16:55 13-09-2019 | icon 2730
Gələn ilin dövlət büdcəsinin gəlirləri 24,5 milyard manat proqnozlaşdırılır

Gələn il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

 YeniAvropa Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcək.

2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur.