logo

Vladimir Putin Türkiyəyə səfər edəcək

14:15 13-09-2019 | icon 385
Vladimir Putin Türkiyəyə səfər edəcək

Sentyabrın 16-da  Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, sentyabrın 16-da Vladimir Putin Ankaraya yola düşəcək. Rusiya dövlətinin başçısı Suriya münaqişəsinin həllinə dair Rusiya-Türkiyə-İran üçtərəfli sammitində iştirak edəcək, eləcə də Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayında Rusiyaya səfər edib. Rusiya-Türkiyə-İran sammiti isə sonucu dəfə bu ilin fevralında Soçidə baş tutub.