logo

İlham Əliyev Nərimanov rayonunda yolun açılışında iştirak edib

12:27 13-09-2019 | icon 2443
İlham Əliyev Nərimanov rayonunda yolun açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.