logo

Balakəndə 1 tona yaxın çətənə kolu məhv edilib

21:30 12-09-2019 | icon 2492
Balakəndə 1 tona yaxın çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilərək dövriyyədən çıxarılıb.