logo

ABŞ Ukraynaya 140 milyon dollara yaxın hərbi yardım ayıracaq

19:21 12-09-2019 | icon 203
ABŞ Ukraynaya 140 milyon dollara yaxın hərbi yardım ayıracaq

ABŞ administrasiyası Ukraynaya 140 milyon dollara yaxın hərbi yardım ayırmaq barədə qərar qəbul edib.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, administrasiya bu barədə müvafiq bildirişi ABŞ Konqresinə göndərib.

Xatırladaq ki,avqust ayının sonlarında “Politico” qəzeti ABŞ prezidenti Donald Trampın Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması barədə göstəriş verdiyini yazmışdı. ABŞ-ın Kiyevə hərbi yardımı 2019-cu maliyyə ilində hərbi büdcəyə müvafiq olaraq 250 milyon dollar təşkil edirdi. Prezident əmin olmaq istəyirdi ki, bu pullar Birləşmiş Ştatların maraqları nöqteyi-nəzərindən ən yaxşı şəkildə istifadə edilir. Təftişlər aparıldığı zaman həmin vəsait dondurulmuşdu.

ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, Vaşinqtonun 2014-cü ildən başlayaraq Kiyevə ayırdığı hərbi yardımın həcmi 1,5 milyard dollar təşkil edib.