logo

Azərbaycan Rusiya ilə birgə qaldırıcı kranlar istehsal etmək niyyətindədir

21:53 11-09-2019 | icon 161
Azərbaycan Rusiya ilə birgə qaldırıcı kranlar istehsal etmək niyyətindədir

Azərbaycanda Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə birgə istehsal həyata keçirilə bilər.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanda qaldırıcı avadanlıq və kranların istehsalının təşkili istiqamətində danışıqlar aparılacaq. “Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər. Bu gün və sabah keçiriləcək görüşlərdə bu müzakirələr aparılacaq”,-deyə nazir vurğulayıb.