logo

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçiriləcək

11:19 11-09-2019 | icon 3031
GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçiriləcək

Sentyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 49-cu iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildirilib.Qeyd edilib ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

Sentyabrın 13-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.