logo

Kərbəlada Aşura mərasimində basırıq zamanı 31 nəfər həlak olub

20:10 10-09-2019 | icon 2814
Kərbəlada Aşura mərasimində basırıq zamanı 31 nəfər həlak olub

İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı yaranan basırıq nəticəsində azı 31 nəfər həlak olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə nəticəsində yaralananların sayı 100 nəfərə çatır. Onlardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

"Al-Arabiya" telekanalının yaydığı məlumata görə, faciəyə eyni vaxtda çoxlu insanın toplaşdığı piyada keçidinin çökməsi səbəb olub. Ölənlərin sayının artması istisna edilmir.

Hazırda ölkənin Səhiyyə Nazirliyi 16 nəfərin öldüyünü təsdiqləyib.