logo

Sumqayıt sakinindən 2 kq-dan çox marixuana götürülüb

18:16 10-09-2019 | icon 217
Sumqayıt sakinindən 2 kq-dan çox marixuana götürülüb

Samux rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.