logo

Azərbaycanda Ukrayna Ticarət Evinin açılması ilin sonunadək gerçəkləşəcək

14:20 10-09-2019 | icon 2492
Azərbaycanda Ukrayna Ticarət Evinin açılması ilin sonunadək gerçəkləşəcək

Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonunadək açılması planlaşdırılır.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. 

Səfir qeyd edib ki, bu, təkcə ticarət əlaqələrini genişləndirmək üçün inteqrasiya edilmiş platforma yox, həm də iş adamları arasında əlaqələr qurulmasına imkan yaradan məsləhətləşmə meydanıdır.

Diplomat həyata keçirilən layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Vladislav Kanevski vurğulayıb ki, Ukrayna Cənub Qaz Dəhlizi layihəsində iştirakı faydalı hesab edir. O, Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən enerji sahəsində getdikcə daha güclü oyunçuya çevrildiyini söyləyib. Səfir regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu qeyd edib.

Mədəni, humanitar sahədə əməkdaşlığın əhəmiyyətindən söz açan səfir Bakıda Ukraynanın Bazar Günü Məktəbini açmaq, Azərbaycanda Ukrayna Kinosu Günləri keçirmək niyyətində olduqlarını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladislav Kanevski Ukrayna və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.