logo

Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq

16:13 10-09-2019 | icon 3269
Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq

ABŞ-ın “Los-Anceles Qalaksi” futbol klubunun hücumçusu Zlatan İbrahimoviçə doğma ölkəsində heykəl qoyulacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, heykəli İsveç Futbol Federasiyası sifariş edib. Hündürlüyü 2,7 metr, çəkisi 500 kiloqram olan bürünc heykəl 37 yaşlı hücumçunun dünyaya gəldiyi Malmö şəhərində ucaldılacaq. Heykəlin açılış mərasimi oktyabrın 8-də olacaq.

Z.İbrahimoviç karyerası ərzində Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “Milan”, “İnter”, İspaniyanın “Barselona”, Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” klublarında forma geyinib.