logo

“Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq

12:10 10-09-2019 | icon 217
“Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq

Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd edilib ki, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.

Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilib, körpünün istinad divarları möhkəmləndirilib. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.