logo

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

10:59 10-09-2019 | icon 2646
Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə birləşdirilməsi məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən  YeniAvropa-ya bildirilib ki, gün ərzində “Zabrat-2” və Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr olacaq.