Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd edilib
Sentyabrın 9-da "Elektra Club"da İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 74-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, ziyafətdə hökumət rəsmiləri, Mili Məclis üzvləri, iş adamları, KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qəbulda çıxış edən səfir Hüsnan Bəy Fənani İndoneziyanın keçdiyi inkişaf yolundan danışıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən diplomat münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. Əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş ölkə hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında yüksək səviyyəli səfərlər təşkil olunur.
Səfir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 28 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir. O, İndoneziya iş adamlarının Azərbaycana mütəmadi səfərlərini xatırladaraq bildirib ki, indoneziyalı investorlar ölkəmizdə iş qurmaqda maraqlıdırlar.
Diplomat qeyd edib ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O əlavə edib ki, hər iki ölkə terrorçuluğa qarşı əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir əlavə edib ki, Azərbaycanın reallaşdırdığı BTQ dəmir yolu beynəlxalq platformada önəmli layihədir. İ.Kərimov İndoneziyanın da bu mühüm layihəyə qoşulacağına əmin olduğunu bildirib.
Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son iki ildə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.
İnam Kərimov ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonra tədbir bədii proqramla davam edib.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb