logo

Göranboyda daşqınlar qaz boru kəmərini iki yerə böldü

17:52 09-09-2019 | icon 2709
Göranboyda daşqınlar qaz boru kəmərini iki yerə böldü

Goranboy rayonunun Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində, çay keçidində güclü sel gələrək dünən səhər saat 06:00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təminatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

Məlumatda qeyd edilir ki, hazırda əraziyə ağır texnika cəlb olunub və təmir işləri davam etdirilir.