logo

Xorvatiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir

12:53 09-09-2019 | icon 2394
Xorvatiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir

Sentyabrın 9-da Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərindən ibarət nümayəndə heyətinin  Azərbaycana səfəri başlayıb. 

YeniAvropa xəbər verir  ki, səfərdə məqsəd iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Bu gün səhər nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Sonra  qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.