logo

MAQATE-nin baş direktoru Tehranda səfərdədir

12:44 08-09-2019 | icon 2870
MAQATE-nin baş direktoru Tehranda səfərdədir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(MAQATE) baş direktoru vəzifəsini icra edən Kornel Ferutse bu gün Tehrana səfər edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, K. Ferutse Tehranda İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və xarici işlər naziri Məhəmməd Cavad Zəri ilə görüşəcək. Hazırda görüşlər davam edir. Görüşlərdən sonra mətbuat konfransı keçiriləcək.

Nəzərə çatdıraq ki, rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K. Ferutsenin Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.

İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa dövlətləri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər.

K. Furutsenin İran rəhbərlərini razı sala və yenidən danışıqlara başlamağın zəruriliyinə inandıra biləcəyini isə zaman göstərəcək.