Sabah Bakıda 26° isti olacaq, bölgələrdə isə şimşək çaxacaq, arabir yağış yağacaq
Ölkə ərazisində sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti təşkil edəcək.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu