logo

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik edib

18:42 07-09-2019 | icon 2499
İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik edib

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".