logo

Ziya Məmmədovun göydələn ofisi sürətlə sökülür

14:08 07-09-2019 | icon 3136
Ziya Məmmədovun göydələn ofisi sürətlə sökülür

Paytaxtın Nəsimi rayonu ərazisində , Rəşid Behbudov və Abasqulu ağa Bakıxanov küçələrinin kəsişməsinə yaxın ərazidə, təpənin üstündə keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür.

 YeniAvropa xəbər verir  ki, xarici və daxili dizayn baxımından müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib. Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır.

Qeyd edək ki, söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydan vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Məlumata görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi "ZQAN holdinq"in əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşirdi.