logo

AZAL Tbilisi-Bakı aviareysinin sərnişinlərə müraciət etdi

12:44 07-09-2019 | icon 2436
AZAL Tbilisi-Bakı aviareysinin sərnişinlərə müraciət etdi

Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar “J2-224” Tbilisi-Bakı aviareysinin cədvəlinə dəyişiklik edilib.

“Azərbaycan Hava Yolları” QSC-dən YeniAvropa-ya bildirilib ki, sentyabrın 8-də aviareys dəyişdirilmiş cədvələ uyğun həyata keçiriləcək. Belə ki, Tbilisidən yoladüşmə 13:00-da, Bakıya eniş isə 14:10-da olacaq. Bakıdan Tbilisiyə olan “J2-223” saylı aviareysin cədvəli isə dəyişməyib.

Bakıdan yoladüşmə 9:30-da, Tbilisidə eniş isə 10:40-da olacaq.