logo

AŞ PA prezidenti Azərbaycana gəlir

20:18 06-09-2019 | icon 2583
AŞ PA prezidenti Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskie Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir  ki, səfər sentyabrın 11-12-si tarixlərində baş tutacaq.

Səfərdə məqsəd Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak etməkdir.

Xatırladaq ki, İsveçrə parlamentinin üzvü Lilian Mori Paskye bu ilin iyunun 25-də Strasburqda keçirilən  AŞ PA-nın yay sessiyasında Avropa Şurası Parlament Assambleyasının sədri vəzifəsinə təsdiq edilib.