logo

Qəza nəticəsində 450 evin qaz təchizatı müvəqqəti dayandırılıb

18:57 06-09-2019 | icon 2828
Qəza nəticəsində 450 evin qaz təchizatı müvəqqəti dayandırılıb

Ağsu şəhəri 3-cü məhəllə adlanan yaşayış massivində daş hasarı qaz xəttinin üzərinə uçub.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.Qeyd edilib ki, bərpa işləri ilə əlaqədar ətrafdakı 450 evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.