logo

Rusiyada iki “SU-34” bombardmançı təyyarəsi toqquşdu

13:15 06-09-2019 | icon 2779
Rusiyada iki “SU-34” bombardmançı təyyarəsi toqquşdu

Rusiyanın Lipetsk şəhərində iki “SU-34” bombardmançı təyyarəsi toqquşub.

YeniAvropa Rusiya KİV-lərinə istinadla bildirir ki, hadisə təlim uçuşu vaxtı baş verib. Toqquşma zamanı təyyarələrə ciddi zərər dəysə də, pilotlar hava limanına enə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.