logo

Azərbaycan atleti “World Challange” turnirində ikinci olub

09:11 06-09-2019 | icon 3374
Azərbaycan atleti “World Challange” turnirində ikinci olub

Azərbaycan atleti Nazim Babayev növbəti uğurunu qazanıb.

YeniAvropa xəbər verir ki, üçtəkanla tullanmada mübarizə aparan idmançı “World Challange” seriyalı turnirdə mükafata yiyələnib. Atletimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda 16,68 metr məsafəyə tullanaraq yalnız ABŞ idmançısı Kris Benarddan geri qalaraq 2-ci yeri tutub. Gümüş mükafata yiyələnən atlet çempiondan 29 santimetr aşağı nəticəyə imza atıb.