logo

Misirin sabiq prezidentinin oğlu infarktdan vəfat edib

13:20 05-09-2019 | icon 2702
Misirin sabiq prezidentinin oğlu infarktdan vəfat edib

Misirin sabiq prezidenti, bu yaxınlarda məhkəmə zalında dünyasını dəyişmiş Məhəmməd Mursinin kiçik oğlu Abdulla Mursi Qahirədəki xəstəxanada vəfat edib.

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 24 yaşlı Abdulla Mursinin ailəsi onun ölüm xəbərini təsdiq edib. Misirin Səhiyyə Nazirliyi isə bununla bağlı heç bir açıqlama verməyib.

Məhəmməd Mursi 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub. O, 2019-cu il iyunun 17-də Qahirədə vəfat edib. M.Mursi müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.