logo

Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı yeni səfirini qəbul edib

18:57 04-09-2019 | icon 2716
Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Daynis Qarançs ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüşdə səfir Daynis Qarançs Latviya Respublikasının xarici işlər naziri Edqar Rinkeviçsin salamlarını Elmar Məmmədyarova çatdırıb. Nazir Elmar Məmmədyarov öz növbəsində David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edib və salamlarını Latviyalı həmkarına çatdırıb.

Tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.