logo

İran Britaniya gəmisinin ekipaj üzvlərini azadlığa buraxıb

16:17 04-09-2019 | icon 266
İran Britaniya gəmisinin ekipaj üzvlərini azadlığa buraxıb

İran Böyük Britaniyaya məxsus “Stena Impero” adlı gəminin həbs etdiyi 7 nəfər ekipaj üzvünü azadlığa buraxıb.

YeniAvropa xəbər verir  ki, bu barədə məlumatı İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi yayıb. O bildirib ki, həyata keçirilən bəzi araşdırmalardan sonra ekipaj üzvləri azad edilib. Azad olunanlar İran ərazisini tərk edə bilərlər.

Azad edilənlərin 3 nəfəri Rusiya vətəndaşıdır. Onlar müqavilə əsasında Britaniyaya məxsus gəmidə çalışırlar.

Rusiyanın İrandakı səfirliyi məlumatı təsdiqləyib. Səfirliyin açıqlamasında bildirilib ki, Rusiya vətəndaşlarının azad edilməsi haqqında İran tərəfi ilə danışıqlar aparılıb. Lakin azad olduqdan sonra onlar səfirliyə gəlməyiblər. Hazırda səfirlik onların harada olmasını müəyyən etməyə çalışır.

Xatırladaq ki, İranın “Adrian Dara” adlı neft tankeri Hibraltarda Britaniya tərəfindən həbs edildikdən sonra İran da Fars körfəzi ölkələrindən neft daşıyaraq Hörmüz boğazından keçərək Britaniya gəmisini həbs etmişdi. ABŞ-ın təkidlərinə baxmayaraq Britaniya məhkəməsi İran tankerini azad etdi. Lakin İran hələlik Britaniya gəmisini azad etməyib. Sadəcə olaraq 7 nəfər ekipaj üzvünü azadlığa buraxıb.

Abbas Müsəvi bildirib ki, məhkəmə araşdırması tam başa çatdıqdan sonra Britaniya gəmisinin azadlığa buraxılıb-buraxılmaması haqqında qərar veriləcək.