logo

İrana qarşı yeni sanksiyalar tətbiq olundu

12:45 04-09-2019 | icon 2842
İrana qarşı yeni sanksiyalar tətbiq olundu

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların siyahısını uzatmaqda davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İranın Kosmik Tədqiqatlar İnstitutu, Dövlət Kosmos Agentliyi və Astronavtika Mərkəzi ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.

ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ballestik döyüş raketlərinin istehsalı ilə fəzaya göndərmək üçün kosmik raketlərin istehsalı eynidir. Ona görə də İrana bu raketlərin hazırlanmasına imkan vermək olmaz.

Xatırladaq ki, İran fəzaya iki dəfə raket göndərməyə cəhd edib. Lakin hər iki cəhd uğursuzluqla nəticələnib. Buna baxmayaraq, İran kosmik tədqiqatlarını davam etdirir.