logo

Ölkənin bəzi ərazilərində bu gün qaz olmayacaq

11:15 04-09-2019 | icon 252
Ölkənin bəzi ərazilərində bu gün qaz olmayacaq

Sentyabrın 4-də saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

“Azəriqaz” İB-dən  YeniAvropa-ya bildirilib ki, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərind birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşviqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.