logo

Bakının mərkəzində binada baş verən yanğında 3 nəfər xəsarət alıb

10:11 04-09-2019 | icon 3955
Bakının mərkəzində binada baş verən yanğında 3 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi (FHN ) Səbail rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən  YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində rayonun Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 kvadratmetr sahədə və ümumi sahəsi 140 kvadratmetr olan üç mənzilin 55 kvadratmetri yanıb. Yanğın zamanı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.