logo

Uels-Azərbaycan oyununu maltalı hakimlər briqadası idarə edəcək

15:38 03-09-2019 | icon 3276
Uels-Azərbaycan oyununu maltalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, matç Maltadan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi Trustin Farruciya Kann olacaq. Ona Alan Kamilyeri və Luke Portelli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.

Finlandiyalı Jouni Hutia oyunun hakim-inspektoru, isveçli Kristian Valendar isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, Uels-Azərbaycan oyunu sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.