logo

Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gəlir

11:47 03-09-2019 | icon 2506
Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gəlir
 

Sentyabrın 4-də  Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan ikitərəfli məsləhətləşmələri aparmaq üçün Bakıya gəlir.

YeniAvropa xəbər verir  ki, bu barədə  "TASS"  Təhlükəsizlik Şurasının aparatına  istinadla məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabah, sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda  Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşəcək. "Bundan əlavə, iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Nikolay Patruşev ötən ay Yerevanda təhlükəsizliyə dair  Rusiya-Ermənistan məşvərətində iştirak edib.