logo

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

09:58 03-09-2019 | icon 2758
Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sentyabrın 3-də paytaxtın bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib

Qeyd edilib ki, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.