logo

Bakıda bank sistemində rəqəmsallaşma müzakirə olunacaq

18:51 02-09-2019 | icon 2814
Bakıda bank sistemində rəqəmsallaşma müzakirə olunacaq

Sentyabrın 9-da Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə Bakıda “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçiriləcək.

 YeniAvropa  xəbər verir ki, bank sistemi və sığorta sektoruna yönəlmiş bu tədbirdə “KPMG” beynəlxalq təşkilatının yerli və xarici ekspertləri tərəfindən bank sistemində rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqi-normativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarəedilməsi mövzusunda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində tədbirlər davam edir.