logo

Almaniya prezidenti Polşa xalqından üzr istəyib

16:58 02-09-2019 | icon 2506
Almaniya prezidenti Polşa xalqından üzr istəyib

Polşanın Velyuni şəhərində II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı matəm mərasimi keçirilib. Məhz bu şəhər ilk olaraq, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası qoşunlarının hücumuna məruz qalıb.

 YeniAvropa "BBC" telekanalının saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer 80 il əvvəl Polşada hökm sürən nasizm tiranlığına görə üzr istəyib. O, deyib: “Mən alman tiranlığının qurbanı olmuş polşalıların ruhu qarşısında baş əyirəm və onlardan üzr istəyirəm”.

Polşa prezidenti Andjey Duda çıxışında deyib ki, nasist Almaniyasının Polşaya hücumu barbar aktıdır. O əlavə edib ki, həmin müharibə total və qaydasız olmaqla dinc insanların məhvinə yönəlib. Polşa prezidenti Hitler Almaniyasının təcavüzkar siyasətini və dünyanın yarısını viran qoymasını indiki siyasətçilər üçün bir dərs adlandırıb.

Həmin gün Varşavada keçirilən digər mərasimdə iştirak edən Almaniyanın Federal Kansleri Angela Merkel də polşalı həmkarına tarixin ən qanlı səhifələri ilə bağlı üzrxahlığını ifadə edib. Bu mərasimdə iştirak edən ABŞ-ın vitse-prezidenti Mayk Pens və Fransanın baş naziri Eduard Filipp də müharibənin dəhşətlərindən bəhs edib, onun qurbanlarının xatirəsinə ehtiram ifadə ediblər.