logo

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitləri 102 milyon matatı ötüb

10:15 02-09-2019 | icon 2345
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitləri 102 milyon matatı ötüb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il sentyabrın 1-dək 102 milyon 500 min 283,98 manat, 213 min 577,88 ABŞ dolları, 17 min 266 avro və 5000 rubl vəsait yığılıb.

YeniAvropa bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.