logo

İşıq söndü, Papa liftdə qaldı

23:40 01-09-2019 | icon 2583
İşıq söndü, Papa liftdə qaldı

Roma Papası Fransisk Vatikanda liftdə qaldığı üçün ibadət mərasiminə gecikib.

 YeniAvropa  "BBC News"a istinadla xəbər verir ki, pontifik Müqəddəs Pyotr Meydanında keçirilən həftəlik ibadət mərasiminə gecikdiy üçün meydana toplaşanlardan üzr istəyib. O, elektrikin kəsilməsi səbəbindən 25 dəqiqə liftdə aldığını deyib.

Papanı liftdən yanğınsöndürənlər çıxarıblar. Katoliklərin dini lideri ibadətə toplaşanlar qarşısında yanğınsöndürənlərə təşəkkür edib və deyib ki, onlar da xilasediciləri alqışlasınlar.