logo

Zelenski və Putin “normand formatı” çərçivəsində görüşəcəklər

20:15 01-09-2019 | icon 2786
Zelenski və Putin “normand formatı” çərçivəsində görüşəcəklər

Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezident Vladimir Putin payız aylarında “normand formatı” çərçivəsində görüşəcəklər.

YeniAvropa xəbər verir  ki, bu barədə “1+1” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

“Biz ikinci telefon danışığımız zamanı “normand formatı” çərçivəsində görüşmək barədə müzakirələr apardıq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Qərb ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək bu görüşdə hər hansısa vacib sazişin imzalanması mümkündür.

Qeyd edək ki, Ukrayna və Rusiya liderlərinin görüşünün sentyabrda keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Normand formatı(Normand dördlüyü) 6 iyun 2014-cü ildə yaradılıb . Qrupa Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir. Qrup dövlət başçıları və xarici işlər nazirlərin görüşləri əsasında fəaliyyət göstərir. 2016-cı ildə qrupun fəaliyyətinə fasilə verilsə də, bir il sonra bərpa edilib. 

Qrupun iclaslarına İtalya və Böyük Britaniya da dəvət edilir.