Azərbaycan cüdo üzrə dünya çempionatında beşinci yeri tutub
Azərbaycan komandası Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında beşinci yeri tutub.
YeniAvropa xəbər verir ki, komandalarası yarışda üçüncü yer uğrunda mübarizədə Rusiya yığması ilə qarşılaşan Azərbaycan millisinin üzvü Zelim Kotsoyev (100 kiloqramadək) rəqibi üzərində ipponla inamlı qələbə qazansa da, digər idmançılarımız üstünlük əldə edə bilməyiblər – 1:4. Bununla da yığmamız dünya çempionatını beşinci yerdə başa vurub.
Komandamızın dünya çempionatındakı çıxışı barədə fikirlərini bölüşən yığmamızın məşqçisi Elxan Məmmədov indiyədək keçirilən dünya çempionatları ilə müqayisədə Tokio mundialında daha çox ölkənin idmançıları mübarizə apardığın deyib : Bildiyiniz kimi, ilk dəfə idi ki, yarışlarda 148 ölkə təmsil olunurdu. Buna baxmayaraq, komandamız yaxşı nəticə göstərdi. Azərbaycan bu çempionatda həm kişilərdən, həm də qadınlardan ibarət komandalarla təmsil olundu. Belə böyük çempionatda idmançılarımız bir gümüş və bir bürünc medalla kişilərin yarışında yeddinci yerə sahib oldular. Bu gün keçirilən komanda yarışında isə millimiz Portuqaliya və Koreya Respublikası kimi güclü yığmalara qalib gələrək beşinci oldu. Düşünürəm ki, bu, böyük uğurdur. Bu münasibətlə dövlətimizin başçısını, federasiya rəhbərliyini, komandamızı və bütün idmansevərləri təbrik edirəm”.
Cüdo üzrə Azərbaycan yığmasının 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ciddi hazırlaşdığını qeyd edən E.Məmmədov deyib: “Bildiyiniz kimi, qarşıdan Yay Olimpiya Oyunları gəlir. Hazırda komandamızda 60 və 81 kiloqram çəki dərəcələrində lisenziya problemi var. Amma çalışacağıq ki, Tokio Olimpiya Oyunlarınadək bu problemi aradan qaldıraq və yarışlara tam heyətlə qatılaq. Azərbaycan bayrağını daim yüksəklərə qaldırmaq istəyirik”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir