logo

Hakim partiya Gürcüstan  hökumətində dəyişikliklər edir

18:39 01-09-2019 | icon 2625
Hakim partiya Gürcüstan  hökumətində dəyişikliklər edir

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası hökumətdə kadr dəyişikliyi ilə bağlı qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə hökumətdəki mənbələr məlumat yayıb.

Məlumatda deyilir ki, baş nazir postuna hazırki daxili işlər naziri Georgi Qaxaria təyin olunacaq. Onun yerinə isə bir neçə il əvvəl Gürcüstanın baş nazir və daxili işlər naziri işləmiş İrakli Qaribaşvili namizəddir.

Hökumətdəki dəyişikliklərlə bağlı sentyabrın birinci həftəsində rəsmi məlumat veriləcək.